Yaddaşınızı gücləndirmək istəyirsinizsə, bunları yeyin


Digərləri 21 Apr 2018 20:25:00 278 0

Yaddaşınızı gücləndirmək istəyirsinizsə, bunları yeyin

Bütün bədənimizi idarə edən beyin sağlamlığımızın bütün həyat boyu qorunub inkişaf etdirilməsi böyük əhəmiyyət daşıyır.

Yediyimiz qidalardan tutmuş yuxu düzəninə, gün ərzində baş verən hadisələrə, hətta səmimi bir gülümsəməyə qədər bir çox nüanslar beyin sağlamlığına təsir edir.

Son.az lent.az-a istinadən Türkiyənin beyin, sinir və onurğa-ilik cərrahı İlhan Elmacının beyin sağlamlığı ilə bağlı məsləhətlərini diqqətinizə çatdırır.

Beyin inkişafı ilk olaraq, ana bətnindən başladığı üçün gələcək anaların xüsusilə fol turşusu baxımından zəngin olan qidalarla bəslənməsi vacibdir. Fol turşusu lobya, ispanaq, bənövşəyi kök, limon və portağal kimi qidaların tərkibində var.

Yaddaş və zəka inkişafı baxımından B vitamini əhəmiyyətli bir yer tutur. Eyni zamanda B vitamini yeni hüceyrələrin yaranmasına və var olan hüceyrələrin qorunmasına kömək edir. Odur ki, B vitamini tərkibli banan, quru paxlalar, ət, balıq, yağsız süd, qatıq və yaşıl yarpaqlı tərəvəzlərin istifadəsi mütləqdir.