Yola salınan Səlim Müslümov kimdir?


Digərləri 21 Apr 2018 19:41:00 306 0

Yola salınan Səlim Müslümov kimdir?

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vəzifəsindən gedib.

Son.az oxu.az-a istinadən Səlim Müslümovun dosyesini təqdim edir:

Müslümov Səlim Yanvar oğlu 1961-ci il noyabrın 1-də Ağsunun Pirhəsənli kəndində anadan olub.

1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitiibr. 1983-1987-ci illərdə Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında təhsilini davam etdirib və 1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.

1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışıb.

1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetində elmi ezamiyyətdə və doktoranturada olub. 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Azərbaycan Respublikası Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb.

2000-ci ilin martında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib.

2002-ci ilin 17 dekabr tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədri vəzifəsinə təyin edilib.