Məhkəmə ANSlə bağlı qərarını açıqladı


Digərləri 21 Apr 2018 16:48:00 250 0

Məhkəmə ANSlə bağlı qərarını açıqladı

Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin "Bakcell" MMC-yə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Son.az report.az-a istinadən bildirir ki, hakim Həmid Həmidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, ANS-in apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv edilib. Məhkəmə "Bakcell" MMC-nin iddiasını təmin etməyib.

Qeyd edək ki, "Bakcell" MMC ANS Müstəqil Yayım və Media Şirkətini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "Bakcell" borcun tutulması barədə tələb irəli sürüb.