Murat Boz ilk dəfə ayrılıqdan danışdı


Digərləri 21 Apr 2018 14:06:00 293 0

Murat Boz ilk dəfə ayrılıqdan danışdı

Murat Boz və Aslı Enverin ayrılıq xəbərləri günlərdi gündəmdən düşmür.

Son.az axşam.az-a istinadən bildirir ki, Murat ilk dəfə ayrılıq xəbərinə münasibət bildirib. Konsertlərdən birində səhnəyə çıxmazdan əvvəl media nümayəndələrinin qarşısına keçən Boz sualları cavablandırıb.

"Ayrılıqla bağlı xəbərlər doğrudur. Bu haqda ilk və son dəfə danışacam. Aslı mənim üçün çox dəyərli bir insandır. Çox söz deyilir. Bunlar iki insan arasında olan özəl mövzulardır. Belə olması lazım idi və oldu da" deyə, Murat bildirib.