Ağcabədidə ağır yol qəzası


Digərləri 21 Apr 2018 12:17:00 223 0

Ağcabədidə ağır yol qəzası

Ağcabədidə 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun rayonun Avşar kəndi ərazisndən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Qazax rayonunu Daşsalahlı kənd sakini, 1987-ci il təvəllüdlü Ceyhun Bayramov idarə etdiyi "Mutsubishi" markalı avtomobilə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili aşırıb. Nəticədə sürücü C.Bayramov hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər - Qazax rayon Daşsalahlı kənd sakini, 1995-ci il təvəllüdlü Ülvi Əliyev və Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Kənana Budaqov müxtəlif dərəcəli bədən xəsarəıtləri alaraq xəıstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.