Çayların sululuq səviyyəsi açıqlandı


Digərləri 21 Apr 2018 10:24:00 270 0

Çayların sululuq səviyyəsi açıqlandı

Son günlər üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb. 

Son.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-140, Kiçik Qafqazın çaylarında 70-190, Lənkəran-Astara çaylarında 10-30, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edib.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, aprelin 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 415 m3/s olmaqla ongünlük normanın 56 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 374 m3/s olmaqla ongünlük normanın 50 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 45 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 128 m3/s olmaqla, ongünlük normanın 76 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 150 m3/s təşkil edərək ongünlük normanın 89 faizinə bərabər olub.