Gürcüstanda NATO PA-nın 97-ci “Rouz-Rout” seminarı keçiriləcək


Digərləri 21 Apr 2018 09:33:00 174 0

Gürcüstanda NATO PA-nın 97-ci “Rouz-Rout” seminarı  keçiriləcək

Aprelin 23-dən 25-dək Gürcüstanın Batumi şəhərində NATO Parlament Assambleyasının 97-ci “Rouz-Rout” seminarı keçiriləcək.

Bakı. Aprelin 23-dən 25-dək Gürcüstanın Batumi şəhərində NATO Parlament Assambleyasının 97-ci “Rouz-Rout” seminarı keçiriləcək. Trend-in məlumatına görə, tədbirdə Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov iştirak edəcəklər. Seminarda Yeni geosiyasi şəraitdə Gürcüstan və Qara dəniz regionu, Qara dəniz bölgəsində təhlükəsizlik və avro-atlantik inteqrasiya, Rusiyanın inkişaf strategiyasının Cənubi Qafqazda və daha geniş Qara dəniz bölgəsində təhlükəsizlik vəziyyətinə təsiri, Gürcüstandakı islahatlar və demokratiya, Gürcüstanın vətəndaş cəmiyyətində dəyərlər və dayanıqlılıq, Parlament demokratiyasına keçid və digər regional məsələlər barədə məruzələr dinləniləcək, mövzular ətrafında müzakirələr aparılacaq. Tədbirdə Milli Məclisin deputatları çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin