“Tesla” fasiləsiz iş rejiminə keçir


Digərləri 21 Apr 2018 08:51:00 220 0

“Tesla” fasiləsiz iş rejiminə keçir

"Tesla" şirkəti "Model 3" elektromobilinin istehsalı üçün fasiləsiz iş rejiminə keçir.

Son.az lent.az-a istinadən xəbər verir ki, bunu şirkətin baş direktoru Elon Mask işçilərə müraciətində deyib. O bildirib ki, yalnız bu halda avtomobilin istehsalı üzrə qarşıya qoyulan tapşırıqları yerinə yetirmək olar.

E. Mask məktubuna həftədə 2250 ədəd "Model 3" istehsalına nail olmaları ilə əlaqədar əməkdaşlara təbriklə başlayıb: "Biz artıq üçüncü həftəni 2 mindən çox "Model 3" istehsalı göstəricisi ilə başa vurduq. İlk həftədə biz 2020, ikinci həftədə 2070, ötən həftə isə 2250 maşın buraxdıq".