30 nəhəng anlaşdılar


Digərləri 21 Apr 2018 07:51:00 248 0

30 nəhəng anlaşdılar

"Microsoft", "Facebook", "HP", "ARM", "Cisco" və "Oracle" daxil olmaqla 34 nəhəng texnologiya şirkəti tərəfindən kibertəhlükəsizlik haqda imzalanmış razılaşma istənilən dövlətin hakimiyyətinə vətəndaş və şirkətlərə qarşı kiberhücumların təşkilində kömək etməyi qadağan edir.

Son.az ICTnews-a istinadən bildirir ki, "The New York Times" qəzetinin məlumatına görə, "Microsoft"un prezidenti Bred Smit razılaşmanın yaradılmasının təşəbbüskarı kimi çıxış edib. O, ötən il istifadəçiləri müxtəlif ölkələrin hökumətləri tərəfindən həyata keçirilən kiberhücumlardan qoruyacaq və rəqəmli müharibələrin aparılması qaydalarını təsdiq edəcək "Rəqəmli Cenevrə konvensiyası"nı hazırlamağa səsləmişdi.