Köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib


Digərləri 20 Apr 2018 23:43:00 240 0

Köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib

Paytaxtda liftdə köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək edib.

Əməliyyat başa çatıb.