Kişi ilə salamlaşmayan qadına vətəndaşlıq verilmədi


Digərləri 20 Apr 2018 23:07:00 209 0

Kişi ilə salamlaşmayan qadına vətəndaşlıq verilmədi

Fransada yaşayan və bu ölkənin vətəndaşı olmaq istəyən əlcəzairli bir qadının müraciəti son anda rədd edilib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, vətəndaşlıq müraciətlərinin dəyərləndirildiyi tədbirdə həmin qadın dini inancı səbəbindən vəzifəli bir kişiyə əl uzatmayıb.

Onun bu hərəkəti qaydalara riayət edilməməsi və Fransa cəmiyyətinə uyğunlaşmaması kimi dəyərləndirilib. Nəticədə əlcəzairli qadına vətəndaşlıq verilməyib.