Türkiyə XİN ABŞın tənqidinə cavab verib


Dünya 20 Apr 2018 21:20:32 254 0

Türkiyə XİN ABŞın tənqidinə cavab verib

Fövqəladə vəziyyət şəraitində Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini tənqid edən ABŞ Dövlət Departamentinin bəyanatı qəbuledilməzdir, bu ikili standartların təzahürüdür.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy bildirib.

"ABŞ Dövlət Departamenti Türkiyədə seçkilərin demokratik, ədalətli və şəffaf şəkildə keçirilməsini, bunun xarici müşahidəçilərin hesabatları ilə təsdiqləndiyini nəzərə almır. 2017-ci ildə keçirilmiş Konstitusiya referendumu buna əyani sübutdur. Bu bəyanat ikili standartların təzahürüdür, çünki digər ölkələrdə də, misal üçün Fransada ötən il fövqəladə vəziyyət rejimi şəraitində seçkilər keçirilib. Hələ keçirilməmiş seçkilərin qiymətləndirilməsi qəbuledilməzdir və xalqın iradəsini təsir etmək cəhdidir", deyə H.Aksoy vurğulayıb.