Yerevanda nümayişçilər müdafiə nazirinin avtomobilini mühasirəyə alıb


Digərləri 20 Apr 2018 20:58:00 241 0

Yerevanda nümayişçilər müdafiə nazirinin avtomobilini mühasirəyə alıb

Yerevanda müxalifətçi Nikol Paşinyanın tərəfdarları Ermənistanın müdafiə naziri Viqen Sarkisyanın maşınının keçdiyi yolu bağlayıb, mühasirəyə alıb və onun getməsinə mane olublar.

Son.az report.az-a istinadən bildirir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Nazirlikdən bildirilib ki, aksiya iştirakçıları avtomobilə ziyan vurub, onu döyəcləyərək əziblər.