Əkin sahələrində çəyirtkəyə qarşı mübarizə tədbirləri başlanılıb FOTO


Digərləri 20 Apr 2018 20:45:00 240 0

Əkin sahələrində çəyirtkəyə qarşı mübarizə tədbirləri başlanılıb  FOTO

İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Salyan rayonlarını əhatə edən Küdrü düzü ərazisinin sürü halında yaşayan Mərakeş çəyirtkəsinə qarşı mübarizə tədbirlərinə start verilib.

Son.az Trend-ə istinadən bildirir ki, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzi tərəfindən qısa müddət ərzində 84.427 hektar sahədə çəyirtkəkimilərin monitorinqi keçirilib.

Aparılan monitorinqlər nəticəsində çəyirtkəkimilərin sayının iqtisadi ziyanvermə həddindən çox olduğu müəyyən olunmuş 1600 hektar sahədə Mərakeş çəyirtkələrinə qarşı ilkin mübarizə tədbirləri başlanılıb.

Mübarizə tədbirləri "Pikap" tipli avtomobillərə quraşdırılmış ultra kiçik həcmli müasir və yüksək manevr qabiliyyətinə malik "AU 8115 M" çiləyici aqreqatlar və yerüstü çiləyicilər vasitəsi ilə həyata keçirilir.

Mübarizə tədbirləri aparılan ərazilərdə əvvəlcədən xəbərdaredici nişanlar qoyulub, təsərrüfat sahibləri, fermerlər və ətraf kəndlərin sakinləri arasında maarifləndirmə tədbirləri həyata keçirilib, eyni zamanda onlara mübarizə tədbirlərinin əhəmiyyətini əks etdirən və çəyirtkəkimilər haqqında tərtib olunmuş broşuralar paylanılıb.


Xəbərə aid fotolar