Rusiyada təyyarələrdə ayaq üstə səfər mümkün olacaq


Dünya 20 Apr 2018 20:48:00 370 0

Rusiyada təyyarələrdə ayaq üstə səfər mümkün olacaq

Rusiyanın azbüdcəli "Pobeda" aviaşirkəti yeni təyyarələr üçün təhlükəsizlik sertifikasiyası üstündə olmaqla "ayaqüstü yerlər" sifariş etməyi planlaşdırır.

Son.az Trend-ə istinadən bildirir ki, aviaşirkət bununla ücüz biletlərin sayını artırmağı düşünür.

Qeyd edək ki, bir müddət öncə Almaniyada keçirilmiş "Aircraft Interiors Expo" sərgisində təyyarədə ayaqüstü yerlərin prototipi təqdim olunmuşdu. İtaliyanın "Aviointeriors" şirkətinin hazırladığı at yəhərini xatırladan bu "oturacaqlar" şaquli dayaqla təchiz olunub.

Bu cür yerlərdə sərnişinlər yumşaq dayağa söykənməklə ayaqüstü gedə biləcəklər.