İranda rus dilinin tədrisi təklif olundu


Dünya 20 Apr 2018 20:18:00 221 0

İranda rus dilinin tədrisi təklif olundu

İranın təhsil naziri Məhəmməd Bathai ölkə məktəblərində rus dilinin tədris olunmasını təklif edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, nazir bu təkliflə Moskvada Dövlət Dumasının Təhsil Komitəsinin sədri Vyaçeslav Nikonovla görüşü zamanı çıxış edib.

Bundan başqa o, Rusiyada fars dilinin də tədris olunmasını təklif edib. Nazirin fikrincə, bu addım Rusiya və İran arasında əməkdaşlığın möhkəmlənməsinə ikinci dil qismində ingilis dilinin nüfuzunu azaltmağa kömək edəcək.