Qırğızıstan prezidenti baş nazir təyin etdi


Dünya 20 Apr 2018 18:48:00 230 0

Qırğızıstan prezidenti baş nazir təyin etdi

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Məhəmmədkalı Abılqaziyevin baş nazir təyin edilməsi barədə sərəncam imzalayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, sərəncamla həmçinin Nazirlər Kabinetinin üzvləri də təyin edilib.

Qeyd edək ki, aprelin 19-da Qırğızıstan prezidenti Nazirlər Kabinetinə Parlamentin etimad göstərməməsini nəzərə alaraq hökumətin istefaya göndərilməsi barədə sərəncam imzalamışdı.