Rusiyanın iqtisadi inkişaf naziri Azərbaycana səfərə gəlir (ÖZƏL)


Digərləri 20 Apr 2018 17:26:00 190 0

Rusiyanın iqtisadi inkişaf naziri Azərbaycana səfərə gəlir (ÖZƏL)

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin aprelin 22-də Bakıya səfərə gələcək.

Bakı. Azad Həsənli - Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin aprelin 22-də Bakıya səfərə gələcək. Bu barədə Trend-ə hökumətdəki mənbə bildirib. Mənbənin sözlərinə görə, səfər çərçivəsində rusiyalı nazirin Azərbaycanın iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Şahin Mustafayev və digər hökumət nümayəndələri ilə görüşü planlaşdırlır.