"Yeyib içib, "dərman" atmışam" 3 mağaza, 6 ev soyan oğru VİDEO FOTO


Digərləri 20 Apr 2018 16:34:00 237 0

"Yeyib içib, "dərman" atmışam"  3 mağaza, 6 ev soyan oğru  VİDEO  FOTO

Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan Həbib Həsənovun evindən oğurluq edilib.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, zərərçəkən Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsinə şikayət edərək mənzilindən pul və qızıl-zinət əşyalarının aparıldığını bildirib.

Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən keçmiş məhkum, Masallı rayon sakini Rafiq Mirağayev saxlanılıb. İstintaq zamanı onun digər oğurluq cinayətlərinin də üstü açılıb və ifadəsində əməllərini boynuna alıb.

Rafiq Mirağayev (saxlanılan şəxs): "3 mağazadan, 6 evdən oğurluq etmişəm. Manat da olub, dollar da olub. Çıxıb şəhərdə xərcləmişəm. Yeyib-içmək ora bura, arada "dərman" da atmışam".

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.


Xəbərə aid foto