"4 ildir arvadını sevirəm" deyib, qardaşını öldürdü


Dünya 20 Apr 2018 13:36:00 286 0

"4 ildir arvadını sevirəm" deyib, qardaşını öldürdü

Türkiyənin Diyarbəkir şəhərində 5 uşaq atası Ali Kesikin (42) keçən il 8 oktyabrda boş bir ərazidə 30 yerindən bıçaqlanaraq öldürülməsində şübhəli bilinən doğma qardaşı Mehmet Kesik (33) və mərhumun həyat yoldaşı Lamiyəyə (40) hökm oxunub.

Son.az Milliyet-ə istinadən xəbər verir ki, Lamiyə Kesik məhkəmənin yekun qərarı ilə 17 il, gəlinlərinin istəyi ilə qardaşı Mehmet Kesik isə ömürlük azadlıqdan məhrum edilib.

Şübhəli qismində saxlanılan Mehmet Kesik böyük qardaşı Ali ilə pomidor yetişdirib, satdıqlarını bildirib: "Pulumu vermirdi, ona görə də ona qarşı kinli idim. Arvadını 4 ildir sevirəm".


Xəbərə aid fotolar