Məşhur bloqer kirayə pulu verməyib qaçdı:


Digərləri 20 Apr 2018 12:55:00 274 0

Məşhur bloqer kirayə pulu verməyib qaçdı:

YouTube-da populyar videobloqer, "Okaylaaa" kimi tanınan Kayla Cenkinsin akkauntunun daimi təqibçilərinin sayı 643 min nəfərdən artıqdır.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 24 yaşlı bloqer İngiltərənin Mançester şəhərinin yaxınlığındakı Pretvsiçdə Pol və Pola Hopvudlara məxsus evdə kirayə qalırdı.

Ayda 19 min funt-sterlinq kirayə pulu verən K.Cenkins evi tərk edəndən sonra oranın əməllicə zibilxanaya çevrildiyi bəlli olub.

Hopvudların dediklərinə görə, K.Cenkins kirayə qalmaq üçün artıq pulu olmadığını deyərək evdən çıxıb.

"Ev viran qalıb. Hər tərəf zibildir, üfunət qoxuyur. Bu qız çox pinti, murdar əməllər edib. Yataqdakı döşəklər belə, pəşov və nəcis qoxuyur. Evin təmizlənməsinə, təmirinə minlərlə funt gərəkdir", - Pol Hopvud deyib.