Gürcüstandan Azərbaycana dərman gətirilməsinin qarşısı alındı VİDEO FOTO


Digərləri 20 Apr 2018 12:43:00 248 0

Gürcüstandan Azərbaycana dərman gətirilməsinin qarşısı alındı  VİDEO  FOTO

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən idarənin "Sadıxlı" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi Mersedes Benz C-230 markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.

DGK-dan Son.az-a verilən məlumata görə, gömrük baxışı zamanı avtomobilin salonundan, motorxana hissəsində hava filtirinin içərisindən və yük yerindəki çantalardan 5400 qram baytarlıq dərman preparatlarıaşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar