Rostov-Bakı sərnişin qatarında gömrükdən gizlədilən mallar aşkarlandı (FOTO)


Digərləri 20 Apr 2018 10:01:00 169 0

Rostov-Bakı sərnişin qatarında gömrükdən gizlədilən mallar aşkarlandı (FOTO)

Xaçmaz Gömrük İdarəsinin "Yalama" gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyasından daxil olan Rostov-Bakı sərnişin qatarına gömrük baxışı keçirilib.

Bakı. Xaçmaz Gömrük İdarəsinin "Yalama" gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyasından daxil olan Rostov-Bakı sərnişin qatarına gömrük baxışı keçirilib. DGK-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, baxış zamanı, qatarın 9-cu vaqonunun 2-ci kupesinin tavanındakı havalandırma sistemində olan boşluqda gömrük nəzarətindən gizlədilən mallar aşkar edilib.