DYƏT Baş direktorlar konfransının XXXIII iclası keçirilib (FOTO)


Digərləri 20 Apr 2018 09:53:00 215 0

DYƏT Baş direktorlar konfransının XXXIII iclası keçirilib (FOTO)

Vyetnamın Dananq şəhərində DYƏT Baş direktorlar (məsul nümayəndələri) konfransının XXXIII iclası keçirilib.

Bakı. Vyetnamın Dananq şəhərində DYƏT Baş direktorlar (məsul nümayəndələri) konfransının XXXIII iclası keçirilib. “Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə verilən məlumata görə, iclasda qurumun hüquq şöbəsinin rəisi Nicat Quliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. İclas bir çox məsələlər müzakirə olunub. İştirakçılar yük və sərnişin daşımaları, infrastuktur və hərəkət heyətləri üzrə DYƏT Komissiyalarının fəaliyyətinin nəticələrini, eləcə də təşkilatın daimi İşçi qruplarının 2017-ci il ərzində gördükləri işləri müzakirə ediblər. Qarşılıqlı hesablaşmalar üzrə gedişat, dəmir yolları arasında borcların ödənilməsi mexanizmi və birbaşa dəmir yolu bağlantısına dair konvensiyanın layihə mətninin qəbul edilməsi haqqında Beynəlxalq Konfransın gedişatı haqqında məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb. İclas zamanı Koreya Respublikasının DYƏT-ə üzv kimi qəbul edilməsi məsələsi də nəzərdən keçirilib. Həmçinin, cari və 2019-cu il üçün büdcə, DYƏT-ın 2017-ci il üzrə fəaliyyəti, təşkilatın cari və gələcək illərdəki fəaliyyət proqramı müzakirə edilib. DYƏT-ın Komitə rəhbərliyində, sədrlər və işçi orqanların mütəxəssisləri arasında vəzifələrin bölüşdürülməsi razılaşdırılıb.