İraq Suriyanı bombalayır


Dünya 19 Apr 2018 22:57:00 233 0

İraq Suriyanı bombalayır

İraq hərbi hava qüvvələri Suriyada İŞİD yaraqlılarına aid mövqeləri bombalayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bunu İraq müdafiə nazirliyinin rəsmisi Tahsin əl-Həfəci  "RİA Novosti"yə verdiyi açıqlamada bildirib.

"Hava zərbələri dəqiq olub və Suriya ərazisində Fərat çayının şərq sahilində olan rayonlara cəmləşmiş İŞİD yaraqlılarını və onların komanda məntəqəsini məhv edib.", - deyə rəsmi bildirib.