Ermənistan müxalifəti məmurları aksiyalara cağırdı


Dünya 19 Apr 2018 22:00:00 271 0

Ermənistan müxalifəti məmurları  aksiyalara cağırdı

Ermənistanın sabiq prezidenti Serj Sarqsyana qarşı etiraz aksiyasına rəhbərlik edən müxalifətçi deputat Nikol Paşinyan dövlət qulluqçularını mitinqlərə qoşulmağa çağırıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə o, Yerevandakı "Republika" meydanında keçirilən aksiyada bildirib.

Onun sözlərinə görə, dövlət qulluqçuları hərəkata qoşulmaq istəyirlər, amma iş yerlərin itirməkdən qorxurlar. "O anda ki, məxməri inqilaba qoşulacaqsınız, siz yox, Serj Sarqsyan işini itirəcək", - deyə Paşinyan bildirib.