Şamaxıda sürüşmə: Yol ikiyə bölündü VİDEO


Digərləri 19 Apr 2018 21:14:00 307 0

Şamaxıda sürüşmə: Yol ikiyə bölündü  VİDEO

Şamaxıda yenə sürüşmə baş verib. Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolunda asfalt örtüyündə iri çatlar ,çökmələr əmələ gəlib. Yolda təhlükəli vəziyyət yaranıb.

Yolun bir hissəsi çöküb, bəzi yerlərdə isə iri çatlar əmələ gəlib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, son günlər havaların yağıntılı keçməsi Şamaxıda Pirqulu-Dəmirçi yolunda çökmə və çatların yaranmasına səbəb olub.

Aslaft örtüyü ortadan bölünərək 2 hissəyə ayrılıb.3 kəndi birləşdirən Pirqulu-Dəmirçi yolu rayon mərkəzində 22 km uzaqlıqda yerləşir.

Sakinlərin sözlərinə görə, çatların həcmi hər gün artır. Turizm əhəmiyyətli Pirqulu-Dəmirçi yolunda sürüşmənin qarşısı alınmasa yol tamamıylə yararsız hala düşə bilər.


Xəbərə aid video