Tovuzda iki nəfər balıqdan zəhərləndi VİDEO


Digərləri 19 Apr 2018 21:08:00 243 0

Tovuzda iki nəfər balıqdan zəhərləndi  VİDEO

Tovuzda balıqdan zəhərlənən 2 nəfər xəstəxanaya yerləşdiriliblər. Tibbi yardım göstərildikdən sonra onların vəziyyəti normallaşıb. Mütəxəssislər bildirirlər ki, balığın saxlanma rejiminə və istifadə qaydalarına ciddi əməl olunmalıdır. Əks halda bu zəhərlənməylə yanaşı, ciddi xəstəliklərə də yol aça bilər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, iki nəfər balıqdan zəhərlənib.

Hadisə Tovuzun Hunanlar kəndində baş verib. 51 yaşlı Tahir Əliyev və 52 yaşlı İlqar Abbasovun vəziyyəti balıq yedikdən sonra pisləşib. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Tibbi yardım göstərildikdən sonra isə vəziyyətləri normallaşıb.

Mütəxəssislər bildirirlər ki, balıq və balıq məhsullarının saxlanma rejiminə ciddi əməl olunmalıdır. Xüsusən təzə balıqların saxlanma temperaturu normaya uyğun tənzimlənməlidir.


Xəbərə aid video