Azərbaycanda ÜDMin artımı dünya səviyyəsinə görə yüksəkdir


Digərləri 19 Apr 2018 20:57:00 290 0

Azərbaycanda ÜDMin artımı dünya səviyyəsinə görə yüksəkdir

Son 15 il ərzində Azərbaycanın iqtisadi artımının göstəriciləri hətta dünya səviyyəsinə görə yüksəkdir.

Son.az bildirir ki, bunu Trend-ə iqtisadçı ekspert, iqtisadiyyat elmləri doktoru Elşad Məmmədov deyib.

E.Məmmədov vurğulayıb ki, son illər ərazində Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb:

"Əlbəttə, bu nəticələrə nail olmaqda əsas rolu enerji sektoru oynayıb. Amma bu gün ön plana iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun inkişafı ilə bağlı məsələlər çıxır. Bu, ölkənin makroiqtisadi siyasətinin prioritetlərindən biridir".