Moskvada ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib


Digərləri 19 Apr 2018 20:40:00 306 0

Moskvada ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib

Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası" mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.

Universitetdən Son.az-a verilən məlumata görə, konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.

Konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları öz işinə başlayıb. Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində "AXC - Şərqdə ilk demokratik respublikadır" mövzusunda, Ukraynanın Kiyev Milli Linqvistik Universitetində "Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu" mövzusunda, Türkiyənin Atatürk Universitetində "Heydər Əliyev və türk dünyası" və Ərciyəs Universitetində "Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf" mövzusunda, A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunda Sərhədlərin fövqündə: Rusiya və Azərbaycan-mədəniyyətlərarası dialoq təcrübəsi" mövzusunda, İtaliyanın Cənubi Latsio Universitetində "Multikulturalizm, sosial təhlükəsizlik, immiqrasiya, azadlıq" mövzusunda konfransın bölmə iclasları keçirilib.

Aprelin 18-də Moskva Dövlət Linqvistik Universitetində ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın "Dillərin və mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili kimi" mövzusunda bölmə iclası keçirilib.

Tədbir ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmin nümayişi ilə başlayıb. Sonra bölmə iclası ilə əlaqədar Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdullanın təbrik və təşəkkür məktubu oxunub.