Expo 2025 sərgisinin keçirilmə xərcləri açıqlandı


Digərləri 19 Apr 2018 20:15:00 264 0

Expo 2025 sərgisinin keçirilmə xərcləri açıqlandı

Bakının namizədliyinin təsdiq edildiyi təqdirdə Expo 2025 sərgisinin keçirilməsi üçün Azərbaycanın xərci ildə 120 milyon avro olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə maliyyə naziri vəzifəsini icra edən Samir Şərifov Beynəlxalq Sərgilər Bürosunun (BIE) araşdırma missiyasının Bakıya səfərinin yekunları ilə bağlı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ümumiyyətlə sərginin keçiriləcəyi 7 il ərzində bu xərclər 765 milyon avro təşkil edəcək. S.Şərifov bildirib ki, sərginin keçirilməsi Bakı və ümumilikdə ölkənin inkişafında mühüm töhfə olacaq:

"Expo 2025-in keçirilməsi biznes mühiti, turizm və bütövlükdə iqtisadiyyatın inkişafı üçün yeni imkanlar yaradacaq".

BIE araşdırma missiyası aprelin 16-dan 19-a qədər Bakıda olub.