Nüşabənin Tunara etdiyi hörmətsizlik illər sonra bu VİDEOda ortaya çıxdı


Şou-biznes 19 Apr 2018 20:06:00 243 0

Nüşabənin Tunara etdiyi hörmətsizlik illər sonra bu VİDEOda ortaya çıxdı

Əməkdar artist Nüşabə Ələsgərlinin illər əvvəl oğluna etdiyi kiçik toydan video yayılıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, görüntüdə məclisə dəvət olunan İbrahim Tatlısəsin müğənni Tunar Rəhmanoğlu ilə ifası yer alıb. Videodan açıq görünür ki, N.Ələsgərli Tatlısəsin Tunarla oxumasına narazıçılıq bildirir. Hətta sənətçi bir nəfər göndərərək İbrahimin qulağına onunla oxumamasını deməyini istəyir. Buna Tatlısəs əsəbiləşir, Tunar mikrofonu vermək istəsə də etiraz edir.

Həmin görüntüləri İnstaqram səhifəsində paylaşan Tunar buna münasibət bildirib:

"Gecədən bu video sosial şəbəkələrdə paylaşılır. Görənlər niyə cavab vermədiyimi deyir. Olub keçmiş hadisədir. İbrahim bəy orada lazımi cavabı verib. Məni ən yüksək zirvədə tutduğunu hər zaman hər yerdə göstərib. Nə etmək olar? Paxıl da var, istəyəndə quyu qazan da, gözü götürməyən də... Ancaq bunlara gülüb keçmək lazımdır. Məni görəndə gülərək "Səni çox istəyirik" deyən, insanlar o simaları ilə yadımda qalsın istəmişəm. Bu kadrdakıları görməzdən gəlirəm. Allah kömək olsun. İllər keçib, bəlkə də indi məni, həqiqətən də, çox istəyirlər. İlhamə xanıma da Allah rəhmət eləsin".