"İndi də məmurların "saxladıqları" qadınlar özbaşınalıq edir" Deputat


Digərləri 19 Apr 2018 19:42:00 368 0

"İndi də məmurların "saxladıqları" qadınlar özbaşınalıq edir"  Deputat

"Məmurların özləri ilə bərabər, qohumlarının "saxladıqları" qadınların özbaşınalığı Azərbaycanda geniş yayılan anormal haldır".

Son.az xəbər verir ki, bunu "Sherg.az"a millət vəkili Fazil Mustafa söyləyib.

O vurğulayıb ki, bu hərəkətlər qudurğanlıq və görməmişlik simptomlarının ortaya çıxardığı məqamlardır:

"Belə davranan insanların böyük əksəriyyəti sanki özlərinin yaxın adamlarına, qeyri-qanuni "saxladıqları" qadınlara kredit kartı veriblər ki, istənilən özbaşınalığı edə bilərlər. Bu hala ölkədə qanunun aliliyini təmin etməklə son qoymaq mümkündür. Hər hansı şəxs məmurun yaxınıdırsa, bu o demək deyil ki, onlar sadə insanlara sayğısızlıq etməlidirlər. Burada cəmiyyətin özü və medianın üzərinə böyük məsuliyyət düşür. Həmin məqamların dərhal ifşa olunması, açıq şəkildə insanlara çatdırılması vacibdir. Bu, qudurğanlığın yeni formasıdır. Konkret olaraq məmurun adı çəkilməlidir. Onsuz da, həmin məmurların özləri millətin üzərinə yük idi, indi isə onların saxladığı qadınlar, yaxın qohumları peyda olub. Cəmiyyətin bu vəziyyətə müqavimətindən çox şey asılıdır".