Toyda tanışını bıçaqlayan şəxs məhkəmə zalında həbs edildi


Digərləri 19 Apr 2018 14:27:00 261 0

Toyda tanışını bıçaqlayan şəxs məhkəmə zalında həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Vilayət Məmmədovun cinayət iş üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilən V.Məmmədov tanışı Roman Dəmirovu bıçaqlayıb.

Hadisə ötən il Şabran rayonunda baş verib. Onlar birlikdə toy məclisində iştirak edib və sonra tərəflər arasında mübahisə yaranıb. Hər iki şəxs şadlıq sarayından çıxaraq mübahisələrini bayırda davam etdiriblər.

Daha sonra mübahisə əlbəyaxa davaya çevrilib və V.Məmmədov restorandan götürdüyü bıçaqla R.Dəmirova bir zərbə endirib.