“Bütün müğənnilərə meydan oxuyacam”


Şou-biznes 19 Apr 2018 12:29:00 267 0

“Bütün müğənnilərə meydan oxuyacam”

"ARB Ulduz"un "Virtual Həyat" verilişinin növbəti qonağı xalq artisti Səməd Səmədov olub.

Son.az bildirir ki, müğənni səs və sənətin heç vaxt qocalmadığından danışıb: "O vaxtlar müğənni az idi. Barmaqla sayılası qədər idi. Toylara isə 5-6 nəfər gedirdi. İndi bəzi ağsaqqallar gileylənir ki, bu nədir, hansı kanala çevirirsən müğənnilər oxuyur. Həmin ifaçını da ki, heç kim tanımır. Ancaq mən bu məsələyə tamam başqa cür baxıram. Nə qədər zəif, nə qədər pis müğənni oldu, o qədər yaxşıya hörmət və qiymət çoxalır". Xalq artisti həmkarlarının onun qarşısında dayana bilməyəcəyini də xüsusi vurğulayıb: "Dəbdəyəm, gündəmdəyəm, mən toylarda birdənəyəm, dəbdəyəm, gündəmdəyəm, mən hələ də səhnədəyəm. Bu, yeni mahnımın nəqarətidir. Söz verirəm ki, bu mahnı partladacaq. Musiqisini Fərid yazacaq, sözləri isə Hamlet İsmayılovundur. Sözlər hazırdır. Bir-iki həftəyə mahnını təqdim edəcəm. Mən bu mahnı ilə bütün müğənnilərə meydan oxuyacam. Qoy çıxsınlar qabağıma". Səməd Səmədovla olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz. Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.


Xəbərə aid fotolar