Sumqayıtda qaraj içərisindəki maşınla birlikdə yandı


Digərləri 19 Apr 2018 11:44:00 232 0

Sumqayıtda qaraj içərisindəki maşınla birlikdə yandı

Sumqayıtda qaraj yanıb.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində avtomobil təmiri sexində ümumi sahəsi 32 m2 olan qarajın yanar konstruksiyaları və içərisində olan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.