Hindistanda qasırğa 18 nəfəri öldürdü


Dünya 19 Apr 2018 11:39:00 225 0

Hindistanda qasırğa 18 nəfəri öldürdü

Hindistanın Qərbi Benqaliya ştatında güclü qasırğa tələfatsız ötüşməyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, ştatın baş naziri Mamata Banerci qasırğa nəticəsində 18 nəfərin həlak olduğunu bildirib.

Onun sözlərinə görə, ştatda 230 ev tamamilə dağılıb, güclü külək ağacları yerindən qoparıb, elektrik dirəklərini aşırıb. Qasırğadan ziyan çəkənlərə yardım göstərilməsinə başlanılıb.