Azərbaycan dünyanın yüzdən çox ölkəsi arasında olimpiadaya qatılacaq


Dünya 19 Apr 2018 08:53:00 247 0

Azərbaycan dünyanın yüzdən çox ölkəsi arasında olimpiadaya qatılacaq

Dünya miqyasında Beynəlxalq Alman Dili Olimpiadası keçirilir.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan da dünyanın yüzdən çox ölkəsi arasında Almaniyanın ən yaxşı öyrənənlər olimpiadasında iştirak edəcək. İki qalib bu il Frayburqda iki həftəlik finalda Azərbaycanı təmsil edəcək.

Hazırda milli seçim turu keçirilir və ölkənin bir çox bölgələrindən olan şagirdlər iştirak edirlər. Aprelin 21-də, saat 15.00-da Azərbaycan final mərhələsinin mükafatlandırma mərasimi Alman Dili Tədrisi Mərkəzində keçiriləcək.