Rusiya Solsberi üzrə BMT Təhlükəsizlik Şurasının iclasını çağıra bilər


Dünya 19 Apr 2018 08:08:00 249 0

Rusiya Solsberi üzrə BMT Təhlükəsizlik Şurasının iclasını çağıra bilər

Əgər Böyük Britaniya Solsberi üzrə istintaqın gedişi barədə yeni məlumatlar verməsə Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağıra bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Rusisyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bildirib.

V.Nebenzya bildirib ki, Rusiya bundan sonra da faktlar tələb edəcək.

Qeyd edək ki, Böyük Britaniya və Rusiya münasibətləri martın əvvəllərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsindən sonra kəskin pisləşib. Skripal ailəsinin zəhərlənməsində London Rusiyanı ittiham edir. Rusiya bunu qəti şəkildə inkar edir.