Tramp KXDR ilə danışıqlarda əhəmiyyətli irəliləyişlərin olduğunu açıqlayıb
Dünya 19 Apr 2018 04:57:51 294 0
"Mən bizim üçün çox iş görmüş Çin sədri Si Szinpinə xüsusi təşəkkür etmək istərdim"
Birləşmiş Ştatlar Şimali Koreya ilə münasibətlərdə əhəmiyyətli irəliləyişlərə nail olub.
“Report” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Yaponiyanın baş naziri Sindzo Abe ilə birgə mətbuat konfransında deyib.
"Biz Şimali Koreya ilə uzun yol qət etmişik…Biz inanılmaz dərəcədə sərt sanksiyalar və digər şeylərdən istifadə etdik. Mən bizim üçün administrasiyadan hər hansı bir şəxs üçün istənilən Çin liderindən çox iş görmüş Çin sədri Si Szinpinə xüsusi təşəkkür etmək istərdim", — deyə Tramp bildirib.
Mənbə: report.az