Kubada prezidentliyə namizəd məlum olub


Dünya 18 Apr 2018 21:27:00 208 0

Kubada prezidentliyə namizəd məlum olub

Kuba parlamenti ölkənin vitse-prezidenti Miqel Dias-Kanelin prezidentliyə namizədliyini təklif edib.

Son.az APA-ya istinadən bildirir ki, təklif parlament tərəfindən müzakirə ediləcək, son qərar aprelin 19-da açıqlanacaq.

Seçildiyi təqdirdə Miqel Dias-Kanel 1959-ci il inqilabından sonra  Kastro ailəsindən olmayan ilk dövlət başçısı olacaq.  Vitse-prezident postuna Salvador Valdes Mesanın namizədliyi irəli sürülüb.