Avtobusla yük maşını toqquşdu


Digərləri 18 Apr 2018 17:20:00 290 0

Avtobusla yük maşını toqquşdu

Cəlilabadın Alar kəndi ərazisində yol qəzası baş verib.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, "Qazel" markalı yük maşını ilə sərnişin avtobusu toqquşub.

Masallı rayonunun Əhmədli kənd sakini, 37 yaşlı Mehman Qafarov ağır yaralanıb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Qəzada yaralanan digər 3 nəfər isə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Paytaxtın Nizami rayonunda yüksək sürət yol qəzasına səbəb olub.


Xəbərə aid fotolar