Bakıda tozun miqdarı normadan 10 faiz yuxarıdır


Digərləri 18 Apr 2018 16:26:00 264 0

Bakıda tozun miqdarı normadan 10 faiz yuxarıdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, atmosfer havasında müşahidələr aparır. 

ETSN-dən Son.az-a verilən məlumata görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 18 apreldə Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 15:00-da sanitar normadan 10 faiz yuxarı olduğu qeydə alınıb.