Peskov: "Rusiya prezidenti Ermənistanda baş verənləri diqqətdə saxlayır"


Dünya 18 Apr 2018 14:40:00 222 0

Peskov: "Rusiya prezidenti Ermənistanda baş verənləri diqqətdə saxlayır"

Kreml Ermənistanda baş verən hadisələri izləyir və diqqət mərkəzində saxlayır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitriy Peskov deyib:

"Ötən gün Vladimir Putin Serj Sarkisyanı baş nazir seçilməsi münasibəti ilə təbrik edib. Sözsüz ki, ölkədə baş verənlər Rusiya prezidentinin diqqətinə çatdırılıb. Biz Ermənistanda baş verənləri müşahidə edirik və əminik ki, hər şey qanun çərçivəsində davam edəcək".