CinemaPlusda “Taksi 5” filminin Azərbaycan dublyajı ilə premyeradan öncə nümayişi olub FOTO


Digərləri 18 Apr 2018 14:33:00 323 0

CinemaPlusda “Taksi 5” filminin Azərbaycan dublyajı ilə premyeradan öncə nümayişi olub  FOTO

17 aprel Gənclik Mall TM-də yerləşən "CinemaPlus" premium kinoteatrında 2018-cı ildə "Cinemazadeh" studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş Fransa istehsalı "Taksi 5" filminin 2 gün premyeradan öncə nümayişi baş tutub.

Tədbirdə filmin dublyajında yer alan aktyorlar da iştirak ediblər.

Filmi Azərbaycan dilində Əlixan Rəcəbov, Vüsal Murtuzəliyev, Kəmalə Piriyeva, Mehin Hümbətova, Zümrüd Bədəlova, Vüsal Hacıqədir, Kamran Ağabalayev, Səid Nizami, Rövşən Məmmədli, Vüqar Hüseynov, Xətai Əli, Vüsal Mustafayev, Müşfiq Mirzəyev səsləndiriblər.

Dublyajın baş redaktoru Xətai Əli, rejissoru Rövşən Məmmədli, səs rejissoru Azad Vəliyev, ses operatoru Orxan Həsənli, tərcüməçi Qəmər Əfşani, post prodakşn supervayzeri Vüqar İslamzadə, baş prodüseri Cəfər Axundzadə.

Ekran əsərin rejissoru Franck Gastambidedir. Baş rolları Salvatore Esposito, Franck Gastambide və Sabrina Ouazani ifa edirlər.