İran yeni raket hücumundan müdafiə sistemini nümayiş etdirib


Dünya 18 Apr 2018 14:08:35 269 0

İran yeni raket hücumundan müdafiə sistemini nümayiş etdirib

Paradda “Zülfiqar” tankının son versiyası, döyüş maşınları, artilleriya və başqa silahlar da nümayiş etdirilib

Bu günİran Silahlı Qüvvələr Günü münasibətilə keçirilən hərbi paradda “Kemin-2” adlı yeni raket hücumundan müdafiə sistemi nümayiş olunub.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, yeni sistem aşağı yüksəklikdən uçan pilotsuz uçuş aparatını zərərsizləşdirmək qabiliyyətinə malikdir.

Xəbərdə qeyd olunub ki,“Kemin-2” “Mersad” kompleksinin yenilənmiş versiyasıdır.

Paradda “Zülfiqar” tankının son versiyası, döyüş maşınları, artilleriya və başqa silahlar da nümayiş etdirilib.