​“Heç kimin klipinə baxmıram” Asif Məhərrəmov VİDEO FOTO


Şou-biznes 18 Apr 2018 12:21:00 402 0

​“Heç kimin klipinə baxmıram”  Asif Məhərrəmov  VİDEO  FOTO

"ARB Ulduz"un "Şou Məkan" verlişinin növbəti  qonağı müğənni Asif Məhərrəmov olub.

Son.az bildirir ki, müğənni saqqal saxlama səbəbini izah edib: "Hamı edir deyə mən də edim, belə bir təkrarçılığı sevmirəm. Məni tanıyanlar xasiyyətimə bələddirlər. Ancaq saqqal saxlayanlar yaxşı bilirlər ki, iki gündən bir təraş etməklə olmur. Onun dərdindən saxlayıram, başqa heç bir mənası yoxdur. Etiraf edim ki, tənbəl adamam. Ona görə saqqal saxlayıram". Asif yeni mahnısının icazəsi üçün "Gecə-gecə" ifasını pasport olaraq göndərdiyindən danışıb: "Bu mahnını eşitdim, Rübail göndərdi ki, belə bir mahnı var. Mən də həmin mahnının ifaçısını tapa bilmədim. Aranjimançısını tapdım. Yazdım ki, bu mahnını ifa etmək istəyirəm. Mənə dedilər ki, iki min dollar ödəniş edib adımızı vurğuladığın zaman oxuya bilərsən. Onlar elə bildilər ki, mən mahnının minusunu da onlardan istəyirəm. Yazdım ki, bu mahnını yenidən özüm aranjiman etdirəcəm. Sadəcə, bu mahnını oxumaq istəyirəm. Dedi ki, yox, elə alınmayacaq. Mən də "Gecə-gecə" mahnısını onlara göndərdim ki, bəs mən bu mahnını oxuyan adamam. İnanırsınız, o dəqiqə dedi ki, oxuyun". Gənc ifaçı "Gecə-gecə" mahnısının ona gətirdiyi uğurlarından söz açıb: "Mən "Gecə-gecə" mahnısını oxuyanda bilirsiniz, mənə nə qədər fars yazdı. Hətta dua edənlər də var idi. Çünki Murteza Paşayi onların sevimli sənətçisi olub və mən də həmin müğənninin mahnısını normal şəkildə təqdim elədim. Ondan daha çox məşhur etdim və onlar bunun qarşılığında mənə təşəkkür etdilər. Burda pis bir şey yoxdur. Bir dənə özümüzünkülər məni qınadılar. Amma onlar mənə dua edirdilər. Təşəkkür yazırdılar". Asif ətrafındakıların eyni fikirdə olduğunu etiraf edib: "Məni yaxından tanıyan insanlar da deyir ki, hə bu başqa məsələ. Hətta deyirlər ki, bu ifa digərlərindən qat-qat artıqdır. Zövqlər müxtəlifdir. Elə insanlar var ki, "Gecə-gecə"ni digərlərindən daha üstün tuturlar. Ancaq mənim özümə də elə gəlir ki, bu, daha gözəl alınıb. Mahnının aranjimançısı da Rübail Əzimovdur".

Müğənni heç kimin klipini izləmədiyini deyib: "Klip çəkdirməyə meyilli deyiləm. Fotosessiyanı da çox xoşlamıram. Mənim üçün mahnı yazdırıb, oxumaq maraqlıdır. Mahnının aranjimanına min manat vermişəm. O min manatı verən adam, iki min də, üç min də verər. Sadəcə, klip işi mənə maraqlı deyil. Mən heç kimin klipinə baxmıram ki, görüm, bu, necə alınıb. Sadəcə, mahnıya qulaq asıram". Həmkarlarının belə, klip ərsəyə gətirməsini mənasız hesab edən sənətçi onların ifalarının daha çox danışıldığını söyləyib: "Klip çəkdirənlər çoxdur. Nə maraqla, nə fikirlə çəkdirirlər bilmirəm. Son günlər nə qədər klip çəkilib. Amma heç biri haqda qulağıma səs-soraq gəlməyib ki, kimsə desin ki, filankəs dəhşət klip çəkdirib. Elə söhbət olmayıb. Amma hamı mahnının özündən danışır". Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.


Xəbərə aid fotolar