Qazax-Cəfərli avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir (FOTO/VİDEO)


Digərləri 18 Apr 2018 11:32:00 222 0

Qazax-Cəfərli avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir (FOTO/VİDEO)

Bu il realaşdırılması nəzərdə tutulan 100-dən artıq yol infrastrukturu layihəsindən 63-ü kənd və qəsəbələri əhatə edən yolların yenidən qurulmasıdır.

Bakı. Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına, həmçinin regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol infrastrukturunun yeniləşməsi və müasirləşməsi istiqamətində kompleks tədbirlər həyata keçirir. Bu tədbirlər vətəndaşların rahat gediş-gəlişini təmin edilməsinə, yük və sərnişin daşımasını asanlaşdırmasına hesablanıb. Agentlikdən Trend-ə verilən məlumata görə, bu il realaşdırılması nəzərdə tutulan 100-dən artıq yol infrastrukturu layihəsindən 63-ü kənd və qəsəbələri əhatə edən yolların yenidən qurulmasıdır. Onlardan biri Qazax rayonu, respublika əhəmiyyətli Qazax-Uzuntala avtomobil yolunun 7-ci km-dən ayrılan Cəfərli kəndinin yoludur. 7 km uzunluğa malik Cəfərli avtomobil yolu qara örtüklü olmaqla III texniki dərəcəlidir. Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismarda olduğundan qara qırmadaş örtük bəzi yerlərdə dağılmış, yolun hərəkət hissəsində qabarmalar, çökmələr və çoxlu sayda çalalar əmələ gəlmişdi. Məhz yolda uzun illər yaşanan bu problemi aradan qaldırmaq üçün Dövlət Agentliyi tərəfindən təxirəsalınmaz təmir-tikinti tədbirlərin icrasına başlanılıb. Layihəyə uyğun olaraq yolun qara qırmadaş örtüyü sökülüb, əvəzinə yararlı qrunt yayılaraq kipləşdirilib və yeni yol yatağı inşa olunub. Texnoloji ardıcıllığa uyğun olaraq bunun ardınca zəruri materiallardan istifadə edilərək yolun əsasının alt və üst layı inşa olunub. Yol əsası hazır olan hissələrin asfaltlanması işlərinə də başlanılıb. Artıq Cəfərli yolunun yarısından çoxuna 2 laydan ibarət yeni asfalt-beton örtük döşənib. Ümumilikdə asfaltlanma işləri 50 min kv.m sahədə aparılacaq.