Valideynlərini öldürən şəxsin cəzası ağırlaşdırıldı


Digərləri 18 Apr 2018 11:22:00 218 0

Valideynlərini öldürən şəxsin cəzası ağırlaşdırıldı

Şirvan Apellyasiya Məhkəməsində Masallı rayonunda həyat yoldaşı ilə birlikdə valideynlərini qətlə yetirən şəxslə bağlı məhkəmə hökmündən verilən apellyasiya protesti və apellyasiya şikayətinə baxılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim  Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya protesti qismən təmin edilib.

Ağayev Azər Etibar oğlunun cəzası dəyişdirilərək ömürlük həbs cəzası ilə əvəz edilib.

Onun həyat yoldaşı Ağayeva Bəstəgül Lətif qızı barəsində birinci instansiya məhkəməsinin çıxardığı qərar isə qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2017-ci ilin iyunun 5-də Masallının Miyenkü kəndində dəhşətli qətl hadisəsi baş verib. Həmin kəndin sakinləri, 1989-cu il təvəllüdlü Azər Ağayev həyat yoldaşı 1979-cu il təvəllüdlü Bəstəgül Ağayeva ilə birgə ailə-məişət  münaqişəsi zəminində valideynləri - 1962-ci il təvəllüdlü Ağayev Etibar Qiyas oğlunu və 1962-ci il təvəllüdlü Ağayeva Rəfiqə Qurban qızını balta ilə amansızlıqla qətlə yetiriblər.