Bakı məktəblərində “Oxu həftəsi”nə başlanılıb (FOTO)


Digərləri 18 Apr 2018 11:12:00 185 0

Bakı məktəblərində “Oxu həftəsi”nə başlanılıb (FOTO)

Bu gündən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində “Oxu həftəsi”nə start verilib.

Bakı. İlhamə İsabalayeva - Bu gündən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində “Oxu həftəsi”nə start verilib. İdarədən Trend-ə verilən məlumata görə, “Oxu həftəsi”nin əsas məqsədi şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğidir. Təhsil müəssisələrində “Oxu həftəsi” çərçivəsində Azərbaycanın görkəmli ədiblərinin həyat və yaradıcılığından bəhs edən müzakirələr, müvafiq dərslər, konfranslar, mühazirələr, “Dəyirmi masa”lar və ədəbi-bədii kompozisiyalar təşkil ediləcək. Qeyd edək ki, ənənəyə uyğun olaraq, hər il Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” təşkil olunur. Bu il aprelin 21-də keçiriləcək “Oxu günü” Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşdırılacaq.